Bitki yetişdirilməsi artmaqda olan insanların tələblərini qarşılamaq üçün davamlı kənd təsərrüfatını dəstəkləyir – yalnız insanlara deyil, heyvanları və digər canlıların da qidalandırılmasında iştirak edir

Bitki yetişdirilməsi bizə daha az resursla daha çox məhsul istehsal etməyə, resurslardan istifadə səmərəliliyinin artırılmasına və ətraf mühitə təzyiqin azaldılmasına kömək edir.

BİTKİ YETİŞDİRLMƏSİNİN TƏKAMÜLÜ

Toxumçuluq yeni bir konsepsiya deyil. Toxumçular həmişə cəmiyyətin sabit məhsuldarlığa və zərərvericiyə və xəstəliyə davamlı məhsullara olan tələbatına cavab vermişlər. Genetik müxtəlifliyin dəyərini bilən ilk fermerlər, növbəti fəsilin məhsulu üçün toxum təmin edərkən ən yaxşı bitkilərin toxumlarını seçirdilər. 1856-cı ildə Avqustinyan keşişi Gregor Mendel bitkilərdə varisliyin genetik qanunlarını aşkar etdi. O vaxtdan bəri elmi irəliləyişlər bitkiçiliyin və toxumçuluğun səviyyəsinin yüksəlməsinə təsir göstərmişdir.

Toxum biologiyası və bitki genləri anlayışlarının artması toxumçulara xəstəlik müqaviməti və ya quraqlığa dözümlülük kimi daha çox faydalı xüsusiyyətləri inkişaf etdirməyə imkan verdi. Bu nailiyyətlər yeni bitki sortlarının üzləşdiyimiz qlobal prosseslərə qarşı davamlı inkişafının təməlidir.

QİDA TƏHLÜKƏSİZLİYİNİN ƏSASI

Palenetimizdə gedən dəyişiklikləri nəzər alsaq, gələcək nəsilləri bəsləmək üçün kifayət qədər qida təmin edilməli və bitkilərin də mühitə uyğunlaşması lazımdır. Bitki yetişdirilməsi davamlı kənd təsərrüfatı üçün vacib platformadır. İnnovasiya ərzaq təhlükəsizliyinin açarıdır. Yeniliklər sayəsində biz iqlim dəyişikliyinə uyğunlaşa bilərik, məhsulun məhsuldarlığını, qida keyfiyyətini və qida təhlükəsizliyini yaxşılaşdırmaqla, ərzaq zənciri içərisində olan hər kəsə,fermerlərdən istehlakçıya-dək faydalana bilərik.