Haqqımızda

Azərbaycan Toxumçular Assosiasiyası

Məqsədimiz: Ölkə ərazisində fəaliyyət göstərən toxum istehsalçılarını birləşdirmək və toxumçuluğun elmi əsaslarla inkişaf  etdirilməsindən ibarətdir.
 
 Vəzifəmiz: Ölkədə istehsal edilən toxumların keyfiyyət zəmanətinin təmin edilməsinə kömək etmək,  toxumçuluq sahəsində mütərəqqi təcrübəni və torpaq mülkiyyətçilərinin maarifləndirilməsinə kömək etmək, toxumçuluq sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlıq etmək və bu sahədə ölkəmizin maraqlarının təmsil edilməsinə dəstək olmaq, əkinçilikdə və yeni texnologiyaların istifadə qaydalarına və ekoloji tarazlığın qorunmasına yardımçı olmaq, toxumçuluq sahəsində qabaqçıl təcrübənin yayılmasına dəstək olmaqdır.

Assosiasiya il ərzində müxtəlif maarifləndirici tədbirlər, sərgilər, seminarlar, görüşlər, konfranslar həyata keçirir. Toxumçuların problemləri diqqət mərkəzində saxlanılır.

Sədr
Mədinə Əliyeva